"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Sabah"ı təbrik edib:

"Sabah"ın uğuru və hazırlıq barədə: "Sabah"ı təbrik edirəm, çox böyük uğurdur. Çempionlar Liqası heyəcanı yenidən Bakıda yaşanacaq. Bizim isə qarşıda çox vacib oyunumuz var və yaxşı komandaya qarşı mübarizə aparacağıq. Hər iki tərəfdən vacib gedişlər olacaq. Şanslarımızdan maksimum istifadə etməyə çalışacağıq. Hazırlıqlarımız pis keçməyib".

Rəqib və komandadakı zədəlilər haqqında: "APOEL"lə "Tvente" fərqli komandalardır. Mən rəqibdən çox öz oyunumuzu dəyərləndirmişəm. Sağlam olmayan oyunçularımın olması beni narahat edir. Səfərdə qələbə qazanmaq fikri belə mənə mane ola bilər, sadəcə öz etmək istədiyimizi meydanda təkrarlamaq niyyətindəyəm".

Yerli futbolçuların qolları barədə: "Yerli oyunçuların pley-offda qol vurması təsadüf yox, onların alın yazısıdır. Çox sevindirici haldır və futbolçularımı ürəkdən təbrik edirəm".

Qarşılaşmadakı əsas təhlükə: "Bizim üçün əsas təhlükə ilk matçdan sonra hesabda öndə olmağımızdır. Amma bu, hər halda bir üstünlükdür. Niderland çempionatında pley-off oynayan komanda varsa, həmin tur təxirə salınır. Ona görə də rəqib bir həftəni yaxşı hazırlaşıb. Mənim üçün maraqlı, baxımlı və sistematik futbol oynayırlar".

Hikmət Cəbrayılzadə və Əli Bəşirovun şansları: "Düzü, Hikmətdə problem olmaz, neçə vaxtdır bizimlədir. Əli üçün isə risk ola bilər, çünki həyəcanı həddən artıq hiss olunur. Lakin məcbur qalsaq, çəkinmədən onu da meydana buraxmağa hazıram. Zamanında böyük səhvlər edə-edə bu səviyyəyə çatmışıq".

Musa Qurbanlının fiziki forması: "Sabah səhər də məşqimiz var, istənilən oyunçunun meydanda olmaq şansı mövcuddur. Musa son vaxtlar özünü daha yaxşı göstərir, zədədən sonra müsbət dəyişiklik var. Hamımız onun daha yaxşı olmasını istəyirik, çünki buna həm oyunçunun, həm də kollektivin ehtiyacı var. Artıq rəqiblər Azərbaycan klublarını ciddiyə alırlar. Bu bizim üçün həm problem, həm də böyük sıçrayışdır".

Rəqibin ulduzu Pyatsa haqqında: "Hər futbolçunun özünəməxsus üstün xüsusiyyəti var. Piyatsaya qarşı da xüsusi addımlar atırıq. Topla aktiv davranan oyunçuları çoxdur, "Tvente"nin yaxşı gələcəyi var".