Almaniyalı sabiq yarımmüdafiəçi Toni Kroos "Real Madrid"dəki keçmiş komanda yoldaşı Lukas Vaskezin texniki ustalığını zarafatla dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, hazırda "Bayer Leverkuzen"də çıxış edən 35 yaşlı müdafiəçi dəqiqlik yarışında iştirak edib. O, qapının yuxarı künclərinə yerləşdirilmiş hədəflərə beş zərbə endirib və dörd dəfə sol küncdəki hədəfi dəqiq vurub. Bir zərbə isə hədəfdən aşağıya tuş gəlib.
Bundesliqa bu görüntüləri sosial şəbəkədə paylaşaraq "İnanılmaz texnika" şərhini əlavə edib. Kadra kənardan səslənən şəxs Vaskezi belə tərifləyib: "Sən möhtəşəmsən, dörd dəqiq zərbə – ən yaxşı nəticədir". Şərhlər bölməsində Toni Kroos isə zarafatla belə yazıb: "Bu süni intellektir. Mən onu tanıyıram".


