"Sabah" "Hapoel"i mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, artıq Liqa mərhələsində iştirak 33 komanda məlumdur.
Son 4 iştirakçı bu gün müəyyənləşəcək.
"Bayquşlar"ın mümkün rəqibləri aşağıdakılardır:
1-ci səbət: PSJ, "Bayern Münhen", "Arsenal", "Real Madrid", "Liverpul", "İnter", "Mançester Siti", "Barselona", "Atletiko" (Madrid).
2-ci səbət: "Borussiya" (Dortmund), "Roma", "Sportinq", "Aston Villa", "Portu", "Mançester Yunayted", "Brügge", "Betis", PSV
3-cü səbət: "Feyenoord", "Lill", "Lion" və ya "Fənərbağça", "Budyo-Qlimt", "Napoli", "Leyptsiq", "Vilyarreal", "Şaxtyor" (Donetsk), "Qalatasaray".
4-cü səbət: "Slaviya", "Ştutqart", AEK və ya "Levski", "Selye" və ya "Slovan" (Bratislava), LASK, "Komo", "Lans", "Sabah", "Dinamo" (Zaqreb) və ya "Vikinq".
Qeyd edək ki, "Sabah" hər səbətdən iki komanda ilə qarşılaşacaq. 8 turdan sonra ilk 24 yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.


