"Çelsi" rəhbərliyi ulduz futbolçunu satmağa hazırdır.

Offsideplus.az xəbər verir ki, söhbət Raheem Sterlinqdən gedir. Futbolçu klubdan ayrılmaq ərəfəsindədir. İngiltərənin "Lids Yunayted" və "Kristal Palas" klubları yanvar ayında transfer üçün maraq göstərirlər.

Lakin onun həftəlik 300,000 funt sterlinq məbləğində maaşı hər hansı bir klub üçün əsas əngəl olaraq qalır.