"Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bildirib:

"Bizim üçün ağır oyun oldu. İlk 20-25 dəqiqə istədiklərimizi etməyə çalışırdıq. Qoldan sonra bir az dağıldıq. İlin son oyunu qalıb çalışacağıq həmin görüşə yaxşı. hazırlaşaq".

E. Baxşıyev komandadan göndəriləcəyi ilə bağlı şayiələr haqqında isə bunları deyib:

Mən bura özüm gəlmımişəm. Öhdəmə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Mənim haqqımda nə yazırlarsa, furbolçulra da təsir edir. Son qərar mənə aid deyil. Davam etsələr, edəcəyik, yoxsa yox.