Misli Premyer Liqasının XV turunda bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi inamlı qələbə qazanaraq yenidən liderliyə yüksəlib.

Onlara qələbə gətirən qolları Toral Bayramov (2), Nəriman Axundzadə, Joni Montiel və Leandro Andrade vurub.

Misli Premyer Liqası, XV tur

14 dekabr (bazar)

17:30. “Qarabağ” 5:1 “Araz-Naxçıvan”
Qol: Toral Bayramov (30'), Nəriman Axundzadə (41'), Coni Montiel (57' penalti), Leandro Andrade (72'), Ramon Maçado (76' penalti), Toral Bayramov (90+5', penalti)

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

“Azersun Arena”