"Bəzi futbolçulardan istədiyimi ala bilməmişəm. Bunu həmin furbolçuların özünə də demişəm".
Offsideplus.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
"Çox vacib qələbə idi. Sonlara yaxınlara bir az boşluqlar oldu. Amma ümüumi olaraq çox initizamlı bir oyun göstərdik. Rəqib topla yaxşı oynamağı bacaran komanda idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq.
O, Marko Yankoviçin oynamamağına isə belə münasibət bildirib:
Yankoviç istirahətə verdik. Əvvəlki oyun çox sürətli keçmişdi. Son zamanların ən sürətli oyun idi. Ona görə bir az ehtiyat etdik.
Q. Qurbanov qarşıdan gələn "Sabah"la oyunla bağlı da fikirlərini bölüşüb:
"Onların son iki oyununa da canlı baxmışam. Hər iki görüşdə çox yaxşı çıxış etdilər. Bu gün və sabah futbolçulara istirahət verəcəyik, çox yorulublar. Oyundan-oyuna daha yaxşı olan "Sabah" var". "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edir.



