"Qalatasaray" klubu "Real Madrid"in müdafiəçisi üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Antonio Rüdiger ilə yaxından maraqlanır. Bu barədə "Fichajes" məlumat yayıb. "Qalatasaray" alman futbolçu üçün "Kral klubu"na təklif göndərib.
Qeyd edək ki, 32 yaşlı müdafiəçinin klub ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Xatırladaq ki, Rüdiger 2022-ci ildən "Real Madrid"in formasını geyinir.



