"Beşiktaş" qapıçı axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, klub Kataloniya təcrübəli qapıçısı Andre Ter Stegeni icarə əsasında heyətə qatmaq istəyir.
33 yaşlı qapıçı 24 iyulda ciddi zədə almışdı və 1 dekabrda geri dönəcəyi gözlənilir. Ter Stegen 2026 Dünya Kubokunda iştirak etmək üçün oynaya biləcəyi bir klub axtarır və "Mançester Yunayted" ilə "Monako" da onun üçün maraqlıdır.
İspan mətbuatı isə Ter Stegenin 20 milyon avroluq illik maaşını önə çəkərək, klubların bu məbləğin nə qədərini ödəyə biləcəyinin sual altında olduğunu yazır.



