Trendyol Süper Liqanın 7-ci turunda "Qalatasaray" Alanyasporu 1-0 hesabı ilə məğlub edərək möhtəşəm seriyasını davam etdirdi.

Offsideplus.az xəbər verir ki, sarı-qırmızılılar bu qələbə ilə liqada 7 oyundan 7-sini də qalib başa vuraraq tarixi rekorda imza atdı və liderliyini möhkəmləndirdi.

Oyunun yeganə qolunu 23-cü dəqiqədə Mauro İkardi vurdu. Jereon Sinqonun sağ cinahdan etdiyi dəqiq ötürməni usta futbolçu möhtəşəm zərbə ilə qapıdan keçirdi.

Bu qol həm matçın nəticəsini müəyyənləşdirdi, həm də "Qalatasaray"ın tarixi uğurunun simvoluna çevrildi.