Semih Kılıçsoy karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, türkiyəli futbolçu "Kalyari"yə transfer olunub. Müqavilənin müddəti 2030-cu ilədək - 1+4 illik nəzərdə tutulub.
19 yaşlı hücumçu ilk mövsümü "Beşiktaş"dan icarə əsasında "Kalyari"də keçirəcək.
Qeyd edək ki, Türkiyə milli komandasının üzvü 2023-cü ildən "Beşiktaş"ın formasını geyinir.



