"Qarabağ" növbəti transferini reallaşdırıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə Ağdam təmsilçisi Fransa Liqa-2 təmsilçisi "Reyms"dən Reda Xedranı heyətinə qatıb.
Almaniya U-21 millisinin də formasını geyinmiş 25 yaşlı futbolçu hücumameyilli mərkəz yarımmüdafiəçisi və sağ cinah vingeri kimi oynamağı bacarır.
"Kəhər atlar" tezliklə Dani Boltla vidalaşacaq. O, karyerasını Malayziyada, "Johor" komandasında davam etdirəcək.
Qeyd edək ki, ötən ay "Qarabağ"dan ayrılan Kevin Medina da "Johor"un futbolçusudur.


