“Mümkün qədər çox oyunda qələbə qazanmaq istəyirik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında "LANDAU Lions" basketbol klubunun oyunçusu İsmayıl Abdullayev deyib.

O, komandasının yeni mövsümə hazırlığından söz açıb:

“Çempionlar Liqasına vəsiqə qazanmağa çalışacağıq, eyni zamanda bu oyunlardan avrokuboklara hazırlıq baxımından istifadə etməyi düşünürük. Çempionlar Liqasına vəsiqə qazana bilməsək, Avrokubokların müntəzəm mövsümündə mübarizəmizi davam etdirəcəyik və mümkün qədər çox qələbə qazanaraq qrupdan çıxmağa çalışacağıq”.

Abdullayev bildirib ki, əsas diqqət Çempionlar Liqası və avrokuboklar olacaq: “Bundan sonra yerli liqada da yaxşı nəticələr göstərmək istəyirik. İnanıram ki, liqamızın ən yaxşı komandalarından biri olacağıq. Komandamızın çox güclü olduğunu bilirəm. Yaxşı və təcrübəli oyunçularımız var. Qarşıdakı oyunlara hər kəs hazırdır. İnanıram ki, diqqətimizi daha da artıraraq bütün oyunlarda yaxşı nəticələr əldə edəcəyik.”

Qeyd edək ki, "LANDAU Lions" basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.