“Bavariya”nın futbolçusu Visdom Mayk komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.


17 yaşlı yarımmüdafiəçi Belçikanın “Brügge” klubuna keçib.

Mayk 2022-ci ilin yayında “Borussiya”nın akademiyasından “Bavariya”ya transfer olmuşdu.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə Bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyun keçirib.