İtaliyanın tanınmış baş məşqçisi Massimiliano Alleqri cari mövsümdə skudetto uğrunda mübarizənin gərgin keçəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Alleqri əsas favorit kimi "İnter"i göstərib. O, həmçinin "Napoli", "Milan", "Yuventus", "Roma", "Fiorentina", "Komо" və "Atalanta" klublarının da diqqətəlayiq olduğunu vurğulayıb.
"Favorit "İnter"dir, çünki hazırda titulun sahibidir. Amma ən azı səkkiz komanda diqqətə layiqdir. "İnter" və bizimlə yanaşı, "Milan", "Yuventus", "Roma", "Fiorentina", "Komо" və "Atalanta" da bu yarışda iddialıdır", – deyə Alleqri fikirlərini bölüşüb.


