"LANDAU Lions" gənc basketbolçusu Tamerlan Novruzlu ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı, 191 sm boya malik yerli basketbolçumuz daha bir mövsüm komandanın şərəfini qoruyacaq.

Tamerlan Novruzlu bu yay keçirilən U-18 Avropa Çempionatı B Divizionunda Azərbaycan milli komandasının heyətində yer alıb. 

Hücumçu mövqeyində çıxış edən Novruzlu ötən mövsüm "LANDAU Lions"ın (ötən il “Absheron Lions”) heyətində gümüş medal qazanıb.