“Kamp Nou” stadionu 2029-cu il UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün əsas namizəddir.
Offsideplus.az “Goal”a istinadən xəbər verir ki, Avropa futbol qurumu həmin arenanı İngiltərənin “Uembli” stadionundan daha üstün variant kimi dəyərləndirir.
Finalın keçiriləcəyi stadionla bağlı qərarın UEFA İcraiyyə Komitəsinin sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq iclasında açıqlanacağı gözlənilir.
“Barselona”nın namizədliyini şəhər rəhbərliyi, Kataloniya hökuməti, İspaniya Kral Futbol Federasiyası və İspaniya hökuməti dəstəkləyir.


