"Milan"ın futbolçusu Samuele Riççi klubunu dəyişməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Komo" italiyalı futbolçunun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Komo" yarımmüdafiəçini 1,5 milyon avro qarşılığında icarəyə götürəcək.
Qeyd edək ki, "Milan" Samuele Riççini 2025-ci ilin yayında "Torino"dan 23 milyon avroya transfer etmişdi.


