“Yarımfinal oyunları haqqında öncədən nəsə demək çətindir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Tahir Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasında keçiriləcək yarımfinal görüşləri ilə bağlə fikirlərini bölüşüb:
“Gördüyünüz kimi, “Neftçi” –“Abşeron” oyununda sona qədər gərgin mübarizə getdi və qarşılaşma olduqca həyəcanlı keçdi. Məncə, ikinci oyun da çox maraqlı olacaq.
“Sabah”- “Gəncə” oyunu haqqında da eyni fikirləri demək olar. “Gəncə” komandası çox yaxşı oyun göstərdi. “Sabah”ın güclü olması isə hamıya məlumdur. Qeyd edim ki, mövsüm ərzində də bu iki komanda arasında keçirilən oyunlar gərgin keçib. Fikrimcə, Gəncədə qalib gəlmək Sabah üçün heç də asan olmayacaq.
Yarımfinal oyunları çempionatın digər qarşılaşmalarından fərqlənir. Hansı komanda daha istəkli olsa, onun qalib gəlmək şansı daha yüksəkdir. Ümumilikdə, bir çoxları “Sabah” – “Abşeron” finalı olacağını düşünür. Məncə isə sürprizlər də mümkündür. Hər bir komandaya uğurlar arzulayıram”.
Qeyd edək ki, yarımfinal mərhələsi çərçivəsində keçiriləcək hər iki matç aprelin 26-da baş tutacaq.


