Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatını davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan qadın güləşində ikinci medalını qazanıb.
Jalə Əliyeva bürünc medal uğrunda döyüşdə belaruslu Arina Demçankaya (UWW) "tuş"la qalib gəlib.
Bu, idmançımızın böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.
Ruzanna Məmmədova (62 kq) və Birgül Sultanova (65 kq) isə fəxri kürsünün son pilləsinə qalxmaq uğrunda döyüşdə məğlub olublar.
Beləliklə, qadın güləşçilərimiz qitə birinciliyini iki bürünc medalla tamamlayıblar; J. Əliyeva və Günay Qurbanova fəxri kürsüdə yer almağı bacarıblar.


