Bizon Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyən etmək üçün püşkatma keçirilib.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) baş qərargahında baş tutan tədbirdə finalçılar – “Zirə” və “Sabah” klublarının rəsmiləri iştirak ediblər. Püşkün nəticəsinə görə, həlledici qarşılaşmada “Sabah” nominal meydan sahibi statusunu daşıyacaq.

Mərasimdən sonra PFL rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə geniştərkibli təşkilati iclas keçirilib. Görüşdə final oyununun yüksək səviyyədə təşkili, marketinq planları və texniki detallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, kubokun finalı 13 may tarixində, saat 20:00-da “Neftçi Arena”da start götürəcək.