Formula 1 növbəti ildən etibarən yenidən Türkiyədə keçiriləcək.

Offsideplus.az xəbər verir ki, FIA ilə 24 aprel tarixində ölkə prezidenti Rəcəp Tayyib Ərdoğan bu barədə rəsmi açıqlama verəcək. Məlumatı artıq Türkiyə Turizm Agentliyi də təsdiqləyib.

Türkiyə Qran-prisinin təşkilatçıları ilə yarış seriyası arasındakı müqavilə 2027-ci il mövsümündən başlayaraq ən azı beş il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, "İstanbul Park"da F1 yarışları daha əvvəl 2005-2011-ci illər arasında keçirilib. Həmçinin çempionat COVID-19 pandemiyası fonunda 2020 və 2021-ci illərdə də Türkiyəyə qayıtmışdı.