AFFA ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Offsideplus.az xəbər verir ki, əməkdaşlığın məqsədi idman və futbol sahəsində kadr hazırlığına, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Müqaviləyə əsasən, institutun proqramlarında təhsil almaq istəyənlər AFFA vasitəsilə güzəştli şərtlərdən yararlana biləcəklər. Bu imkan həm də digər idman federasiyaları üçün əlçatandır.
AFFA bu nüfuzlu təhsil müəssisəsi ilə tərəfdaşlıq quran ilk yerli federasiya olub. Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi və marketinq sahələri üzrə ixtisaslaşıb.


