Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.
Onlardan ikisi İslam Bazarqanov (57 kq) və Cəbrayıl Hacıyev (79 kq) yarımfinala yüksəlib.
Rəşid Babazadə (65 kq) Niko Meqerleyə (Almaniya) qalib gəlsə də, 1/4 finalda Bəşir Maqomedovla (UWW) bacarmayıb.
Kənan Heybətov (70 kq) Aleksey Boruta (Ukrayna), Osman Nurmaqomedov (97 kq) isə Qivi Matçaraşviliyə (Gürcüstan) uduzub.
Yarımfinal görüşləri bu axşam, Bakı vaxtı ilə saat 18:45-dən sonra başlayacaq.
Qeyd edək ki, bu gün eyni zamanda Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində fəxri kürsünün son pilləsinə qalxmağa çalışacaq.


