Azərbaycan güləşçiləri beynəlxalq arenada uğurlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova Avropa çempionatında fəxri kürsüyə qalxmağı bacarıb.

​59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda həlledici görüşdə belaruslu rəqibi Marta Hetmanava (UWW) ilə qarşılaşıb. Olduqca gərgin və maraqlı keçən qarşılaşma Günayın üstünlüyü ilə başa çatıb. ​Yekun hesab təmsilçimizin xeyrinə başa çatıb- 7:5.

​Nəticədə Günay bürünc medal qazanıb. 

​Bu qələbə ilə Günay Qurbanova Avropa çempionatının mükafatçıları sırasına adını yazdıraraq Azərbaycan yığmasının aktivinə növbəti medalı yazdırıb.