"Fənərbağça" klubu Viktor Osimheni şikayət etməyə hazırlaşır.
Offsideplus.az "HT Spor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Osimhenin qolu üçün matçlarda istifadə etdiyi sərt qoruyucunun rəqib futbolçulara təhlükə yaratdığını düşünür. Klub bu səbəbdən nigeriyalı futbolçunu Türkiyə Futbol Federasiyasına şikayət edəcək. "Fənərbağça"nın tibbi heyəti IFAB-ın qaydalarına görə istifadə oluna bilən materiallar barədə bir hesabat hazırlayacaq.
Qeyd edək ki, matç 26 aprel Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq.


