Kilian Mbappenin "Real Madrid"in növbəti baş məşqçisi ilə bağlı paylaşımı bəyənməsi sosial şəbəkələrdə gündəm olmuşdu.
Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa fransız hücumçunun bu hərəkətinə reaksiya bildirib:
"Layk"lar məni maraqlandırmır. O, Mourinyo, Culiya Roberts ya da istənilən biri barədə paylaşımı bəyənə bilər".
Qeyd edək ki, paylaşımda 2026-cı ildə Joze Mourinyonun "Real"ın yeni baş məşqçisi olması sorğusu keçirilmişdi.


