Güləş üzrə Avropa çempionatında 82 kq-da çempion olan Qurban Qurbanov təəssüratlarını bölüşüb.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, idmançımız ötən il titulu qazandıqdan sonra zədələr aldığını açıqlayıb:
"İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm".
Qeyd edək ki, yunan-Roma güləşi millimiz toplam 133 xalla Avropa çempionu olub və titulunu qoruyub.


