Ardıcıl 4-cü dəfə Avropa çempionu olan Həsrət Cəfərov qazandığı qızıl medalın arxasında duran çətin yolu və qələbənin verdiyi böyük sevincdən danışıb.
Offsideplus.az xəbər verir ki, o, hisslərini bu sözlərlə ifadə edib:
"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm".


