AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasına qatılıb.
Offsideplus.az xəbər verir ki, toplantının əsas mövzusu UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarındakı yeniliklər olub. Eyni zamanda, müasir futbolun ən aktual trendlərindən sayılan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Səfər müddətində E.Məmmədov UEFA-nın bir sıra departament rəhbərləri ilə də bir araya gələrək gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib.


