Avropa çempionatında bürünc medal qazanan Günay Qurbanova təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı güləşçi bunları söyləyib:
“Çox sevincliyəm. Bu, böyüklər arasında qatıldığım ilk Avropa çempionatı idi. Əslində hədəfim qızıl medal idi, təəssüf ki, alınmadı. Qələbəni sona 15 saniyə qalmış əldən verdim, yəqin ki, burada təcrübəsizlik öz sözünü dedi. İnşallah, gələn il daha yaxşı nəticə göstərəcəyəm.
Olimpiya Oyunlarında iştirak üçün çəki dərəcəmi dəyişmək (57 yoxsa. 62 kq) məsələsinə gəlincə, buna mən yox, Toğrul Əsgərov qərar verəcək. O, hansı çəkini məsləhət bilsə, orada da mübarizə aparacağam”.


