Avropa futbolunda 2024-2025 mövsümünün maliyyə yekunları açıqlanıb və mənzərə olduqca maraqlıdır.

Offsideplus.az xəbər verir ki, "Sportico" tərəfindən dərc edilən son hesabata görə, "İnter Milan" Avropanın nəhəng klublarını geridə qoyaraq əməliyyat mənfəətinə görə 1-ci yerə yüksəlib


"Neradzurri" ötən mövsüm göstərdiyi maliyyə intizamı ilə "Real Madrid" və "Barselona" kimi nəhəngləri qabaqlamağı bacarıb. Budur, siyahının ön sıralarında yer alan klublar:

  • İnter Milan: +96 milyon dollar (Zirvədə)

  • Real Madrid: +85 milyon dollar

  • FC Barcelona: +81 milyon dollar

  • Atlético de Madrid: +50 milyon dollar

  • Bayern Munich: +48 milyon dollar


Siyahının digər tərəfində isə mənzərə heç də ürəkaçan deyil. Xüsusilə Premyer Liqa klublarının bəziləri ciddi maliyyə çətinlikləri ilə üzləşib:

  • Mançester Siti: +3 milyon dollar (Cüzi mənfəət)

  • Mançester Yunayted: -24 milyon dollar (Zərər)

  • Tottenhem: -67 milyon dollar (Zərər)

  • Aston Villa: -116 milyon dollar (Zərər)

  • Chelsea: -366 milyon dollar (Tarixi zərər)

Bu nəticələr göstərir ki, meydandakı uğur qədər, masa arxasındakı maliyyə idarəçiliyi də klubların gələcəyini təyin edən əsas faktordur.