"Santos"un əfsanəvi ulduzu Neymar ətrafında sular durulmur.
Offsideplus.az xəbər verir ki, klub daxilindən sızan son məlumatlara görə, braziliyalı superulduzun hərəkətləri və komanda daxili münasibəti futbolçular arasında ciddi narazılığa səbəb olub.
Əvvəllər komandanın mütləq lideri və "toxunulmaz" siması sayılan "10 nömrə" artıq heyət üzvlərinin hamısı tərəfindən dəstəklənmir.
Bəzi futbolçular Neymarın məşqlərə və oyunlara olan münasibətindən, həmçinin özünü komandadan üstün tutmasından narahatdırlar.
Heyət hazırda Neymarın tərəfdarları və ona qarşı olanlar kimi iki hissəyə bölünüb. Lakin hələlik komanda şəklində kollektiv bir etiraz dalğası formalaşmayıb.
Komanda yoldaşları arasında Neymarın üzünə birbaşa etiraz edən ilk və hələlik yeganə şəxs Eskobar olub. O, ulduz futbolçunun davranışlarının komandanın ab-havasına zərər verdiyini onun diqqətinə çatdırıb.
Neymar son zamanlar həm azarkeşlərin boğultuları, həm də keçmiş futbolçuların (məsələn, Ze Elias onu "uşaq kimi davranmaqda" ittiham edib) tənqidləri ilə üz-üzədir.
2026-cı il mövsümündə dizindəki zədə səbəbindən cəmi 8 rəsmi oyuna çıxan Neymar, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun MLS-ə (ABŞ liqası), xüsusilə "Sinsinnati" klubuna transferi ilə bağlı şayiələr də intensivləşməkdədir.
"Santos" rəhbərliyi isə komanda daxili gərginliyin mövsümün nəticələrinə təsir etməməsi üçün məsələyə müdaxilə etməyə hazırlaşır. "Prins"in (Neymarın ləqəbi) klubdakı gələcəyi bu gərginliklərin necə həll olunacağından asılı olacaq.


