Ötən gün baş tutan "Sabah" – "Qarabağ" oyununun maraqlı məqamlarından biri də "bayquşlar"ın hücumçusu Coy-Lens Mikelsin görüşə maska ilə çıxması idi.

"Sabah" klubu onu oyuna çatdırmaq üçün ciddi səy göstərib. Belə ki, almacıq sümüyündə qırıq olan hücumçunu matça hazırlamaq məqsədilə "Medicom" MMC ilə əməkdaşlıq edilib.

Qeyd edək ki, "Medicom" Azərbaycanın ilk ortez-protez şirkətidir və 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycandan başqa Özbəkistan, Qazaxıstan, Türkiyə və Almaniyada da filialları mövcuddur.

Mikels ötən həftəsonu – aprelin 18-də, Misli Premyer Liqasının 28-ci turundakı "Qarabağ"la matçın sonlarında zədələnmişdi. "Sabah" klubu futbolçunu cəmi 4 gün sonra keçiriləcək ölkə kuboku oyununa çatdırmaq üçün bütün imkanlarını səfərbər edib. Normalda bir həftəyə hazırlanan xüsusi qoruyucu maska, "Medicom" əməkdaşlarının gərgin işi sayəsində cəmi bir günə ərsəyə gətirilib. Bununla da Misli Premyer Liqasının bombardiri dünənki qarşılaşmada meydandakı yerini ala bilib.

Məlumat üçün bildirək ki, "Medicom" Aprel döyüşlərindən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə qazilərimizin protezlə təminatı və müalicəsi istiqamətində də mühüm işlər görüb.

@offside.aze

♬ original sound - Offside