İspaniya nəhəngi "Real Madrid" yay transfer pəncərəsi öncəsi komandadan göndəriləcək futbolçuların siyahısını genişləndirib.
Offsideplus.az xəbər verir ki, son məlumatlara görə, ukraynalı qolkiper Andriy Lunin də klubun yollarını ayırmağı planlaşdırdığı oyunçular sırasına əlavə olunub.
Klub rəhbərliyinin və məşqçilər heyətinin müəyyənləşdirdiyi "ayrılıq siyahısı" kifayət qədər genişdir. "Real Madrid"in bu yay vidalaşmağa hazırlaşdığı futbolçuların siyahısı aşağıdakı kimidir:
- Dani Karvaxal
- David Alaba
- Qonsalo Qarsiya
- Fran Qarsiya
- Franko Mastantuono
- Eduardo Kamavinqa
- Dani Sebalyos
- Raul Asensio
Xüsusilə Eduardo Kamavinqa və Dani Karvaxal kimi əsas heyət üzvlərinin siyahıda olması idman mətbuatında böyük rezonans doğurub. Andriy Luninin isə daha çox oyun şansı qazanmaq üçün ayrılmaq istədiyi, klubun da uyğun təklif gələcəyi təqdirdə ona mane olmayacağı bildirilir.
"Kral Klubu"nun bu qədər çox oyunçu ilə yollarını ayırmaq istəməsi heyətdə ciddi yenilənmə prosesinin başlanacağından xəbər verir.


