Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.
Offsideplus.az xəbər verir ki, günün ikinci matçında lider "Turan Tovuz" son çempion "Qarabağ"ı qəbul edib.
Tovuz şəhər stadionunda yeniləmə işləri davam etdiyi üçün görüş "Azərsun Arena"da baş tutub.
"Qarabağ" ilk hissədə geri düşməyinə baxmayaraq fasilədən sonra geri dönüş etməyi bacararaq qələbə qazanıb - 2:1.
Qurban Qurbanov yetirmələri bu nəticə ilə birlikdə Misli Premyer Liqasında zirvəyə yüksəlib.
"Turan Tovuz" isə 2-ci yerə enib.
Misli Premyer Liqası, VIII tur
17 oktyabr (cümə)
19:00. “Turan Tovuz” – “Qarabağ” 1:2
Qol: Alexandro Serrano, 40 (pen.) - Nəriman Axundzadə, 55, Zubir, 63
"Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdıyev
“Qarabağ”: 99. Mateus Koxalski 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Azersun Arena”



