"Qəbələ" klubu "Turan Tovuz"dan Rüfət Əhmədovu transfer edib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi icarə əsasında "qırmızı-qaralar"da çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
R. Əhmədov "Qəbələ" akademiyasının yetirməsidir. O, "Turan Tovuz"dan başqa "Kəpəz"in də formasını geyinib.
Qeyd edək ki, bölgə təmsilçisi bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni də heyətinə cəlb edib.



