Misli Premyer Liqasında XXI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Zirə" səfərdə "Turan Tovuz"un qonağı olub.

Tovuz təmsilçisi ilk hissədə vurduğu qollarla çox vacib qələbə qazanıb.

Onlar bu qalibiyyətlə "Zirə"ni turnir cədvəlində geridə qoyaraq 3-cü sıraya yüksəlib.

Günün ikinci matçı Sumqayıtda baş tutub.

Tərəflər çox çalışsalar da, fərqlənməyi bacarmayıblar.

Misli Premyer Liqası, XXI tur

20 fevral (cümə)

17:00. "Turan Tovuz" – "Zirə" 2:0

Qollar: F. Ozobiç, 11, Xorxe Silva, 19

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

“Azersun Arena”

19:30 "Sumqayıt" - "Qəbələ" 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu