UFC 323 döyüş gecəsində daha bir xüsusi titul anonsunun ediləcəyi bildirilir.
Offsideplus.az xəbər verir ki, söhbət UFC-nin ən prestijli təqdimatlarından biri olan “The One, The Only” titulundan gedir. Bu titul indiyə qədər yalnız üç döyüşçüyə verilib:
- Con Cons
- Konor Makqreqor
- Aleks Pereyra
İndi isə UFC 323 kartında bu xüsusi təqdimatın yeni bir döyüşçü üçün səsləndiriləcəyi iddia olunur.
Titulun kimə veriləcəyi barədə hələlik rəsmi məlumat yoxdur, lakin döyüşsevərlər böyük həyəcanla açıqlamanı gözləyirlər.



