Ağır çəkidə UFC çempionu, britaniyalı Tom Aspinall geri qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Bloody Elbow" nəşrinə açıqlama verən idmançı bunları söyləyib:

"Aleks Pereyra və Siril Qan müvəqqəti kəmər uğrunda döyüşəcəklər. Mən isə təbii ki, qaliblə qarşılaşacağam. UFC-dən mənə bildirdilər ki, məhz bu cütün qalibi ilə döyüşəcəyəm. İndi nəticəni gözləməliyəm.

Tarix? Hələ ki, dəqiq vaxt yoxdur. Tezliklə həkimlərdən icazə almalıyam, mənə belə deyilib. Konkret tarix isə UFC-dən asılıdır. Hələ ki uşaqlar bir-biri ilə döyüşməlidir".

Qeyd edək ki, Pereyra – Qan qarşılaşması 14 iyun tarixində Ağ evdə keçiriləcək UFC turnirində baş tutacaq.