"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe son davranışları ilə klub daxilində ciddi gərginliyə səbəb olub.

Offsideplus.az xəbər verir ki, fransalı hücumçunun hərəkətləri komanda yoldaşları tərəfindən "qeyri-peşəkar"lıq kimi qiymətləndirilir.

​Məlumata görə, "Real Madrid" futbolçularını ən çox qəzəbləndirən məqam Mbappenin mövsümün qızğın vaxtında komandanı tək qoyaraq sevgilisi ilə İtaliyaya istirahətə yollanmasıdır.

​Mövsüm hələ davam etdiyi bir vaxtda ulduz futbolçunun belə bir addım atması komandada şok effekti yaradıb.

​Bir çox oyunçu Mbappenin klubun nizam-intizam qaydalarına məhəl qoymamasından və özünü kollektivdən üstün tutmasından narahatdır.

​Klub daxilindəki atmosferin kifayət qədər gərgin olduğu bildirilir. Futbolçuların bir qismi rəhbərliyə Mbappenin komanda ruhuna zərər vurduğunu çatdırıb.

Onlar hesab edirlər ki, belə bir kritik dövrdə komanda ilə birlikdə olmaq əvəzinə şəxsi əyləncəyə üstünlük vermək qəbuledilməzdir.

​"Real Madrid" kimi böyük bir klubda intizam hər şeydən üstün tutulsa da, Mbappenin bu imtiyazlı davranışı soyunub-geyinmə otağında parçalanma riskini artırıb.