Misli Premyer Liqasının 30-cu turunda “Qəbələ”lə oyunun fasiləsində əvvəl futbolçumuz İsmayıl İbrahimliyə simvolik olaraq “100” yazılmış forma təqdim edilib.
Offsideplus.az xəbər verir ki, formanı Zirə” PFK-nın icraçı direktoru Cahangir Məmmədov təqdim edib.
İsmayıl İbrahimli “Zirə”də bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVIII turunda “Neftçi” ilə görüşə təsadüf edib.


