Azərbaycan yığmasının sabiq futbolçusu Qara Qarayev İdman TV-də yayımlanan "Fəxri kürsü" televiziya proqramının qonağı olub.

Offsideplus.az xəbər verir ki, o, keçmişi ilə bağlı maraqlı məlumatlar verib.

Qara karyerasının əvvəlində "Arsenal"a transfer ola bilərmiş. Lakin son anda bu keçid baş tutmayıb.

Qeyd edək ki, o, hazırda Azərbaycan U-21 yığmasında analitik vəzifəsində çalışır.