"Mançester Yunayted"in əfsanəvi keçmiş məşqçisi Ser Aleks Ferqyuson "Mançester Yunayted" və "Liverpul" komandaları arasındakı qarşılaşma başlamazdan əvvəl ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.

Offsideplus.az xəbər verir ki, 84 yaşlı mütəxəssisin vəziyyəti ciddi deyil və o, müayinə məqsədilə həkim nəzarətinə götürülüb. Təcrübəli şotlandiyalının tezliklə evə buraxılacağı gözlənilir.

​"Mançester Yunayted" azarkeşləri və futbol ictimaiyyəti əfsanəvi menecerə sosial şəbəkələr vasitəsilə dəstək mesajları ünvanlayıblar.