UFC-nin yarımorta çəki dərəcəsində çıxış edən döyüşçüsü Karlos Prates İan Qerrinin sözlərinə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, Qerri daha əvvəl Pratesə müraciət edərək belə demişdi: "Əvvəlcə Mahaçovu məğlub edəcəyəm, sonra isə Braziliyada səninlə döyüşəcəyəm".

Braziliyalının cavabı isə belə olub:

"Bəli, gəlin bunu edək. Ümid edirəm ki, İan İslama qalib gələr. Əlbəttə, bu çox çətin döyüşdür, lakin onun qalib gəlmək üçün kifayət qədər bacarığı var. Gəlin, bu döyüşü təşkil edək.

Mən orada olacağam və onların döyüşünü izləyəcəyəm. Həmin qarşılaşma mənim ad günümdən iki gün əvvəl baş tutacaq, ona görə də UFC-dən hədiyyə olaraq bilet istəyəcəyəm".

Qeyd edək ki, daha əvvəl İslam Maxaçev və İ. Qerri arasındakı titul döyüşünün avqustda Filadelfiyada keçiriləcək UFC 330 turnirinin əsas döyüşü olacağı gözlənilir.

Prates ötən gün Cek Della Maddalenanı UFCPerth tədbirində 3-cü raundda texniki nokautla məğlub edib.