"Real Madrid"in ispaniyalı futbolçuları Alvaro Arbeloanın komandanın ulduzlarına qarşı hədsiz loyal yanaşmasından narazıdırlar.

Offsideplus.az "El Mundo" portalına istinadən xəbər verir ki, Dani Karvaxal, Din Huysen, Raul Asensio, Dani Sebalyos, Qonsalo Qarsiya, Alvaro Karreras və Fran Qarsiya hesab edirlər ki, Arbeloa mətbuatla ünsiyyətdə ulduz oyunçuları tərifləməyə üstünlük verərək ispaniyalılara etinasız yanaşır. İddia olunur ki, məşqçi Karrerasın işə münasibətindən narazı qaldığı üçün onun adını dəfələrlə iştirak ərizəsindən çıxarıb.

Həmçinin bildirilir ki, oyunçuların bir qismi Arbeloanın gənclərə hədsiz güvəndiyini düşünür, bu isə mediada bəzi futbolçuların, xüsusən də Eduardo Kamavinqanın mümkün gedişi ilə bağlı şayiələrin yaranmasına səbəb olur. Son bir neçə həftədə komandada gərgin atmosfer hökm sürür, bəzi oyunçular arasında isə meydandan kənara çıxan birbaşa qarşıdurmalar və fikir ayrılıqları yaranıb.