İngiltərə Premyer Liqasının gərgin keçən qarşılaşmasında "Mançester Yunayted" öz meydanında "Liverpul" klubunu qəbul edib.
Offsideplus.az xəbər verir ki, azarkeşlərin böyük marağına səbəb olan oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mançesterlilər artıq 6-cı dəqiqədə Mateus Kunya və 14-cü dəqiqədə Benyamin Şeşkonun vurduğu qollarla hesabı 2:0 ediblər.
Lakin "Liverpul" 47-ci dəqiqədə Dominik Soboslay və 56-cı dəqiqədə Kodi Qakponun qolları ilə tarazlığı bərpa edib.
Gərgin mübarizənin taleyini 77-ci dəqiqədə Kobbi Maynu həll edib. Onun vurduğu qol "Mançester Yunayted"ə həm qələbə, həm də gələn mövsüm üçün Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazandırıb.
Bu qələbə sayəsində xallarının sayını 64-ə çatdıran "Mançester" təmsilçisi 4-cü pillədəki rəqibi ilə xal fərqini artıraraq mövqeyini möhkəmləndirib:
- "Mançester Yunayted": 64 xal (3-cü yer)
- "Liverpul": 58 xal (4-cü yer)
Bu nəticə ilə "Mançester Yunayted" növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək hüququnu rəsmən təmin etmiş oldu.


