“Çelsi” futbol klubunun rəhbərliyi boş qalan baş məşqçi postu üçün hədəf aldığı əsas namizədlə bağlı mühüm irəliləyiş əldə edib.
Offsideplus.az xəbər verir ki, son xəbərlərə görə, ispaniyalı mütəxəssis Xabi Alonso “Çelsi” ilə şəxsi müqavilə şərtlərində tam razılığa gəlib.
Son günlərdə tərəflər arasında aparılan danışıqlar sürətlə inkişaf edib. Alonsonun klubun gələcək layihəsi, transfer siyasəti və taktik vizyonu ilə tam razılaşdığı bildirilir. Hazırda “Çelsi” rəhbərliyi təyinatı rəsmiləşdirmək üçün son detallar üzərində işləyir.
“Bayer Leverkusen”dəki möhtəşəm uğurlarından sonra qısa müddət “Real Madrid”i də çalışdıran Alonsonun gəlişi “Stamford Bridge”də yeni bir taktiki kimliyin formalaşması deməkdir. “Çelsi”nin son illərdəki məşqçi dəyişikliklərindən sonra rəhbərlik Alonso ilə uzunmüddətli sabitlik və struktur qurmağı hədəfləyir.
Gözlənilir ki, Xabi Alonso gələn mövsümdən etibarən komandanın sükanı arxasına keçəcək. Əgər son anda hər hansı bir problem yaranmazsa, rəsmi açıqlamanın yaxın həftələrdə veriləcəyi proqnozlaşdırılır.



