Bakıda keçiriləcək builki Formula 1 Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatına start verilib.
Offsideplus.az xəbər verir ki, proqrama qoşulmaq istəyənlər üçün minimum yaş həddi 16 olaraq müəyyənləşdirilib. Seçim zamanı xarici dil bilən namizədlərə xüsusi üstünlük veriləcəyi bildirilib.
Qeyd edək ki, 2025-ci ildə proqrama rekord sayda - 30 mindən çox müraciət daxil olub və onlardan yalnız 2 min nəfəri seçilərək fəaliyyət göstərib. Bu da proqramdakı rəqabətin nə qədər yüksək olduğunun göstəricisidir.
Azərbaycan Qran-prisi bu il sentyabrın 24-26-da keçiriləcək.


