"İnter"in baş məşqçisi Kristian Kivu ötən gecə doğma meydanda "Parma" üzərində qazanılan 2-0 hesablı qələbədən sonra klubun 21-ci A Seriyası çempionluğuna gedən yolda futbolçu təcrübəsinin ona böyük kömək olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, bu qələbə milanlıların turnir cədvəlindəki liderliyini əlçatmaz edib.
Ötən ilin iyununda bu vəzifəyə təyin olunan 45 yaşlı mütəxəssis, futbolçu karyerası ərzində yeddi mövsüm "İnter"in şərəfini qoruyub və Joze Mourinyonun 2010-cu ildə "trebl" (üç titul) qazanan heyətinin bir parçası olub. O, komandanı ötən mövsümün acı sonluğundan - çempionluğun son turda itirilməsi və Çempionlar Liqasında PSJ-yə 5-0 hesablı məğlubiyyətdən sonra təhvil alıb.
Kivu DAZN Italia-ya verdiyi müsahibədə deyib:
"Mən sadəcə özümün ən yaxşı versiyam olmağa çalışıram ki, gah şirin dil, gah da sərt üz görməli olan bu uşaqlara kömək edə bilim. Çoxsaylı paltardəyişmə otaqlarında qazandığım təcrübədən yararlanmağa və futbolçu olduğum dövrdə qarşılaşdığım səhvləri təkrar etməməyə çalışıram".


